14 yanvar 2011 20:00
`Rabitə` pley-offda Çexiya klubu ilə qarşılaşacaq
Bu gün Lüksemburqda voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionu `Rabitə` pley-offda Çexiyanın `Modranska` klubu ilə qarşılaşacaq.
Komandamız növbəti mərhələyə vəsiqə qazana bilsə, o zaman `Villa Korteze` (İtaliya) - `Bank PBS` (Polşa) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
