13 yanvar 2011 20:57
Azərbaycan klubları Rumıniya və Ukrayna təmsilçiləriylə üz-üzə
Voleybolçu qadınlar arasında təşkil olunan “Çelenc Kuboku”nda ölkəmizi təmsil edən daha iki klubumuzun rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 1/16 final mərhələsindəki rəqiblərini mübarizədən kənarlaşdıran `İqtisadçı` ilə `Azərreyl`i 1/8-də müvafiq olaraq Rumıniya və Ukrayna klubları ilə duel gözləyir.
`İqtisadçı` Rumıniyanın `Stinitsa`, `Azərreyl` isə Ukraynanın `Ximik` klubuyla görüşəcək. Xatırladaq ki, bu turnirdəki digər təmsilçimiz `Lokomotiv` də Kiprin `Apollon` klubunu mübarizədən kənarlaşdırmalıdı.
Bütün klublarımızın görüşləri fevralın 1, 2 və ya 3-də, cavab qarşılaşmaları isə həmin ayın 8, 9 və 10-da baş tutacaq. `İqtisadçı` və `Azərreyl` ilk görüşünü səfərdə, `Lokomotiv` isə evdə keçirəcək.
