13 yanvar 2011 20:44
`Olimpiakos` üzərində qələbə `Azərreyl`i də 1/8-ə çıxardı
Bu gün voleybolçu qadınlar arasında “Çelenc kuboku”nda pley-off mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turnirin 1/16 final mərhələsində mübarizə aparan sonuncu təmsilçimiz də növbəti mərhələyə vəsiqə qazanıb.
Doğma meydanda Yunanıstanın `Olimpiakos` klubunu qəbul edən `Azərreyl` ilk oyunda olduğu kimi, asan qələbəyə sevinib. Qeyd edək ki, təmsilçimiz hər iki oyunun Bakıda keçirilməsinə razılıq verən bu rəqibi ilə ilk görüşünü dünən keçirmiş və eyni hesabla qələbə qazanmışdı.
Qeyd edək ki, “Çelenc Kuboku”nda 1/8 finala ilk vəsiqəni dünən `Lokomotiv` qazanmışdı. Bu gün keçirilən digər oyunda daha bir təmsilçimiz - `İqtisadçı` da növbəti mərhələyə vəsiqəni təmin etmişdi.
Çelenc kuboku
1/16 final (cavab oyunu)
Azərreyl (Azərbaycan) – Olimpiakos (Yunanıstan) - 3:0 (25:14, 25:11, 25:20)
