13 yanvar 2011 18:27
Daha bir klubumuz 1/8 finalda
Bu gün voleybolçu qadınlar arasında “Çelenc kuboku”nda pley-off mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu turnirin 1/16 final mərhələsində mübarizə aparan daha bir təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanıb.
Doğma meydanda Serbiyanın `Tent` klubunu qəbul edən `İqtisadçı` ilk oyunda olduğu kimi, asan qələbəyə sevinib. Qeyd edək ki, Azərbaycan Superliqasının bürünc mükafatçısı hər iki oyunun Bakıda keçirilməsinə razılıq verən bu rəqibi ilə ilk görüşünü dünən keçirmiş və eyni hesabla qələbə qazanmışdı.
Qeyd edək ki, “Çelenc Kuboku”nda 1/8 finala ilk vəsiqəni dünən `Lokomotiv` qazanmışdı. Bu gün keçirilən daha bir oyunda digər təmsilçimiz `Azərreyl`in də növbəti mərhələyə vəsiqə qazanacağı şübhə doğurmur.
Çelenc kuboku
1/16 final (cavab oyunu)
İqtisadçı (Azərbaycan) – Tent (Serbiya) - 3:0 (25:22, 25:16, 25:14)
