12 yanvar 2011 11:12
İtaliya çempionu `Rabitə`yə yoldaş oldu
Voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasında Azərbaycan təmsilçisi `Rabitə`yə İtaliyanın `Skavolini` klubu yoldaş olub. Azerisport.az xəbər verir ki, E qrupundan lider kimi pley-off mərhələsinə vəsiqə qazanan təmsilçimiz kimi, italyanlar da ikinciliyi təmin etməklə oxşar uğura imza atıb.
`Skavolini` buna Polşa `Aluprof`u üzərindəki 3:2 hesablı qələbə sayəsində nail olub.
Rabitə (Azərbaycan) – 14 xal (16-7), Skavolini (İtaliya) – 12 (16-9), Aluprof (Polşa) – 9 (13-14), Dinamo (Rumıniya) – 1 (3-18).
