12 yanvar 2011 20:12
Azərbaycan klubu 1/8 finalda Kipr təmsilçisiylə üz-üzə
Çelenc Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi `Lokomotiv`in həmin mərhələdəki rəqibinin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” növbəti mərhələdə Kipr `Apollon Limassol`u ilə qarşılaşacaqlar.
Qeyd edək ki, bu kollektivlər arasındakı ilk oyun fevralın 1, 2 və ya 3-də Bakıda, cavab görüşü isə 8, 9 və ya 10-da baş tuta bilər.
