12 yanvar 2011 20:06
`Azərreyl` də pley-offa darmadağınla başladı
Bu gün voleybolçu qadınlar arasında “Çelenc kuboku”nda pley-off mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turnirin 1/16 final mərhələsinə vəsiqə qazanan 3 təmsilçimizdən daha biri ilk oyununu keçirib.
Doğma meydanda Yunanıstanın `Olimpiakos` klubu ilə qarşılaşan `Azərreyl` asan qələbə qazanıb. Klublar arasındakı qarşılıqlı razılaşmaya əsasən, `Olimpiakos`la `Azərreyl` arasındakı cavab görüşü də Bakıda keçiriləcək. Həmin oyun isə sabah saat 19:30-da start götürəcək.
Çelenc kuboku
1/16 final (ilk oyun)
Olimpiakos (Yunanıstan) – Azərreyl (Azərbaycan) - 0:3 (7:25, 15:25, 13:25)
