12 yanvar 2011 17:56
Təmsilçimiz Avstriya klubunu darmadağın edib, 1/8-ə yüksəldi
Bu gün voleybolçu qadınlar arasında “Çelenc kuboku”nda pley-off mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu turnirin 1/16 final mərhələsinə vəsiqə qazanan 3 təmsilçimizdən daha biri bu gün növbəti oyununu keçirib.
Doğma meydanda Avstriyanın `Lins-Steq` klubunu qəbul edən təmsilçimiz asan qələbəyə sevinib. Bir həftə öncə səfərdə də eyni uğuru təkrarlayan “dəmiryolçular” növbəti mərhələyə vəsiqəni təmin etmiş olublar.
Çelenc kuboku
1/16 final (cavab oyunu)
Lokomotiv (Azərbaycan) – Lins-Steq - 3:0 (25:8, 25:9, 25:12)
