12 yanvar 2011 15:54
`Rabitə`nin pley-offdakı rəqibləri müəyyənləşdi
Azərbaycan çempionu `Rabitə` voleybol klubunun Çempionlar Liqasının pley-off mərhələsindəki bütün potensial rəqiblərinin adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qrupundan lider kimi pley-offa çıxan `Rabitə` ilə yanaşı, 7 ölkənin 11 komandası növbəti mərhələyə vəsiqə qazanıb ki, onlar da təmsilçimizin potensial rəqibləridi:
`Türk Telekom`, `Fenerbahçe`, `Eczaçıbaşı` (hamısı Türkiyə), `Skavolini`, `Villa Korteze` (hər ikisi İtaliya), `Bank BPS`, `Aluprof` (hər ikisi Polşa), `Zariçye`, `Dinamo` (hər ikisi Rusiya), `Kann` (Fransa), `Volero` (İsveçrə) `Modranska` (Çexiya).
