12 yanvar 2011 15:18
`İqtisadçı` pley-offa da darmadağınla başladı
Bu gün voleybolçu qadınlar arasında “Çelenc kuboku”nda pley-off mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu turnirin 1/16 final mərhələsinə vəsiqə qazanan 3 təmsilçimizdən biri artıq ilk oyununu keçirib.
Doğma meydanda Serbiyanın `Tent` klubu ilə qarşılaşan Azərbaycan Superliqasının bürünc mükafatçısı rahat qələbə qazanıb. Klublar arasındakı qarşılıqlı razılaşmaya əsasən, `İqtisadçı`yla `Tent` arasındakı cavab görüşü də Bakıda keçiriləcək. Həmin oyun isə sabah saat 17:00-da start götürəcək.
Çelenc kuboku
1/16 final (ilk oyun)
Tent (Serbiya) – İqtisadçı (Azərbaycan) - 0:3 (15:25, 15:25, 15:25)
