11 yanvar 2011 18:35
Azərbaycan çempionu pley-offa qrup lideri kimi vəsiqə qazandı
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində çıxış edən təmsilçimiz `Rabitə` növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionu qrup mərhələsindəki son görüşündə doğma divarlar arasında Rumıniyanın `Dinamo` klubuyla qarşılaşıb.
Səfər görüşündə bu rəqibini 3:0 hesabı ilə məğlub edən Deyan Brdjoviçin yetirmələri azarkeşlərinin gözü qarşısında da eyni uğuru təkrarlayıblar. Bu qələbə təmsilçimizin növbəti mərhələyə qrup lideri kimi yüksəlməsinə şərait yaradıb.
Voleybol
Çempionlar Liqası
Qrup mərhələsi
Rabitə (Azərbaycan) – Dinamo (Rumıniya) - 3:0 (25:18, 25:16, 25:14)
Rabiyətə (Azərbaycan) – 14 xal (16-7), Skavolini (İtaliya) – 10 (13-7), Aluprof (Polşa) – 8 (11-11), Dinamo (Rumıniya) – 1 (3-18).
