7 yanvar 2011 00:03
`Rabitə` `Skavolini`yə uduzsa da, liderliyini qorudu
Azərbaycanın qadın voleybolçular arasında ölkə çempionu olan `Rabitə` Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə İtaliya təmsilçisi `Skavolini` ilə münasibətlərinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, komandamız əsas rəqiblərindən olan İtaliya çempionuna məğlub olsa da, liderliyini qoruyub.
Buna isə daha çox təmsilçimizin quru hesabla uduzmaması şərait yaradıb. Elə ilk seti qazanmaqla, buna nail olan voleybolçularımız 4-cü setdə də eyni uğuru təkrarlamasına rəğmən, həlledici setdə meydan sahibləri qələbəni bayram edən tərəf olub. Buna baxmayaraq, qazanılan 1 xal `Rabitə`nin zirvədəki mövqeyini qorumasına şərait yaradıb.
Çempionlar Liqası
6 yanvar
Skavolini (İtaliya) – Rabtə (Azərbaycan) – 2:3 (25:20, 21:25, 19:25, 25:23, 6:15).
E qrupundakı son durum belədi: Rabitə (Azərbaycan) – 11 xal (13-7), Skavolini (İtaliya) – 10 (13-7), Aluprof (Polşa) – 8 (11-11), Dinamo (Rumıniya) – 1 (3-15).
