6 yanvar 2011 00:10
Polşa təmsilçisi Azərbaycan çempionunun əsas izləyicisinə çevrildi
Polşanın voleybolçu qadınlardan ibarət `Aluprof` klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın `Dinamo` klubu üzərində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu `Rabitə`nin də yer aldığı A qrupu təmsilçilərinin görüşünü meydan 3:1 hesablı qələbəylə tamamlayıblar.
Bu qələbə sayəsində xallarının sayını `Skavolini`yə çatdıran Polşa təmsilçisi qrup lideri olan təmsilçimizin əsas izləyicilərindən biri olub.
Rabitə (Azərbaycan) – 10 xal (11-4), Skavolini (İtaliya) – 8 (10-5), Aluprof (Polşa) – 8 (11-11), Dinamo (Rumıniya) – 1 (3-15).
