5 yanvar 2011 00:00
`Lokomotiv` yeni ilə darmadağınla başladı
Voleybolçu qadınlardan ibarət `Lokomotiv` klubu bu gün Çelenc kubokunun 1/16 final mərhələsi çərçivəsində səfərdə Avstriyanın `Lins-Steq` klubuyla ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız rəqibi üzərində inamlı qələbə qazanıb - 3:0 (25:15, 25:11, 25:18).
Bu isə, təmsilçimizin böyük ölçüdə növbəti mərhələyə adlaması deməkdi. Çünki bir həftə sonra Bakıda keçiriləcək qarşılaşmada “dəmiryolçular”ın bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.
Çelenc kuboku
1/16 final
4 yanvar
Lins-Steq (Avstriya) – Lokomotiv (Azərbaycan) – 0:3 (15:25, 11:25, 18:25)
