3 yanvar 2011 11:36
`Rabitə` İtaliya çempionu ilə görüşə 3 gün öncə yollandı
Azərbaycanın qadın voleybolçulardan ibarət `Rabitə` klubu bu gün İtaliyaya yollanıb. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində ən ciddi rəqibi olan İtaliyanın `Skavolini` klubuyla yanvarın 6-da keçiriləcək qarşılaşmaya təmsilçimiz 3 gün öncədən yola düşüb.
Qeyd edək ki, təmsilçimiz hazırda qrup lideridi və bu mövqeyini qoruyub saxlamaq üçün mütləq qələbə qazanmalıdı. Əks halda əsas izləyicisi olan `Skavolini` bu üstünlüyü `Rabitə`nin əlindən ala bilər.
