3 yanvar 2011 14:19
Yunanlar da hər iki oyunun Bakıda keçirilməsinə razılaşdı
Ölkəmizi Çelenc Kupokunda təmsil edən qadın voleybolçulardan ibarət `Azərreyl` klubu da 1/16 final mərhələsində hər iki oyununu evdə keçirəcək. Azerisport.az xəbər verir ki, təmsilçimiz həmin mərhələdə qarşılaşmalı olduğu Yunanıstanın `Olimpiakos` klubu ilə qarşılıqlı razılıq əsasında hər 2 görüşün Bakıda keçirilməsinə nail olub.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş yanvarın 12-də, cavab qarşılaşması isə 1 gün sonra keçiriləcək. Maraq üçün qeyd edək ki, elə həmin günlərdə bu turnirdkəki digər təmsilçimiz `İqtisadçı` da Serbiyanın `Tent` klubuyla qarşılaşacaq. Bu iki klub arasında da qarşılıqlı razılığa əsasən hər iki oyun Bakıda keçiriləcək.
