2 yanvar 2011 13:56
Təmsilçimiz Avstriya klubuyla oyuna 2 gün öncə yollandı
Azərbaycanın qadın voleybolçulardan ibarət `Lokomotiv` klubu bu gün Avstriyaya yola düşüb. Azerisport.az xəbər verir ki, komandamız Çellenc kubokunun 1/16 final mərhələsində qarşılaşacağı bu ölkənin `Lins-Steq` klubuyla görüşə 2 gün öncə yollanmağa qərar verib.
Xatırladaq ki, “dəmiryolçular” pley-off mərhələsinə Rusiyanın `Omiçka` klubu üzərindəki qələbə sayəsində yüksəlmişdi.
