29 dekabr 2010 00:48
Dramatik məğlubiyyət qış çempionluğuna əngəl olmadı (FOTOLAR)
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında 2010-cu ilin son oyunu keçirilib. Azerisport.az xəbər verir ki, son ölkə çempionu `Rabitə` təxirə salınmış oyunda `Lokomotiv`lə qarşılaşıb.
Maraqlıdı ki, Çempionlar Liqasındakı təmsilçimiz oyuna üstün başlamasına rəğmən, bu üstünlüyünü əldən verib. İlk iki seti qələbəylə başa vuran “rabitəçilər” sonda gözlənilmədən meydanı məğlub tərk ediblər. Lakin Deyan Brdjoviçin yetirmələri ilk məğlubiyyətlə üzləşmələrinə baxmayaraq, fasiləyə qış çempionu kimi yollanıblar.
Rabitə - Lokomotiv - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)
Rabitə - 9 xal (14-3), Azərreyl - 9 (13-5), İqtisadçı - 8 (11-8), Lokomotiv - 7 (8-12), Bakı - 6 (5-12), Şirvan - 6 (4-14).
