29 dekabr 2010 13:27
`İqtisadçı` Serbiya klubuyla hər 2 oyunu Bakıda keçirəcək
Ölkəmizi Çelenc Kupokunda təmsil edən qadın voleybolçulardan ibarət `İqtisadçı` klubu 1/16 final mərhələsində hər iki oyununu evdə keçirəcək. Azerisport.az xəbər verir ki, təmsilçimiz həmin mərhələdə qarşılaşmalı olduğu Serbiyanın `Tent` klubu ilə qarşılıqlı razılıq əsasında hər 2 görüşün Bakıda keçirilməsinə nail olub.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş yanvarın 12-də, cavab qarşılaşması isə 1 gün sonra keçiriləcək.
