22 dekabr 2010 21:00
Çətin qələbə `Azerreyl`i zirvədə saxladı (FOTOLAR)
Bu gün voleybolçu qadınlar arasında Azərbaycan Superliqasının növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Kompleksində baş tutan 5-ci turun görüşlərində ciddi sensasiya qeydə alınmayıb.
Hesabat turunu `Şirvan`la `Rabitı` açıq elan edib və rəqibinini demək olar ki, heç bir müqavimətilə üzləşməyən son ölkə çempionu qələbəni bayram edib. Ardından `Lokomotiv`lə `Bakı`nı sınağa çəkib və müəyyən müqavimətlə üzləşməsinə rəğmən, sonda qalib gəlib. Ən nəhayət sonda “Çelenc kuboku”nda ölkəmizi uğurla təmsil edən iki klub - `Azərreyl` və `İqtisadçı` öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Gərgin keçən qarşılaşmada ilk iki seti uduzan “iqtisadçılar” sonradan özlərini toparlayıb, hesabı bərabərləşdirsələr də, bundan artığına gücləri çatmayıb. Həlledici setdə qələbəni təmin edən `Azərreyl` nəticədə zirvədəki mövqeyini qoruyub.
Azərbaycan Superliqası
5-ci tur
22 dekabr
Rabitə - Şirvan - 3:0 (25:13, 25:17, 25:16)
Lokomotiv – Bakı - 3:1 (25:20, 20:25, 25:18, 31:29)
İqtisadçı - Azərreyl – 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15)
Hazırda turnir cədvəlindəki son vəziyyət belədir: Azərreyl - 9 (13-5), Rabitə - 8 (12-1), İqtisadçı - 8 (11-8), Bakı - 6 (5-12), Şirvan - 6 (4-14), Lokomotiv - 5 (5-10).
