22 dekabr 2010 14:21
Millimizin rəqibi braziliyalı məşqçiyə tapşırıldı
Qadın voleybolçulardan ibarət Türkiyə yığmasının yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “ay-ulduzluları” bundan sonra braziliyalı Marko Aurelio Motta çalışdıracaq.
Qeyd edək ki, Türkiyə yığması AÇ-2011-in final mərhələsində millimizlə eyni qrupda yer alır. Türkiyə voleybolçularını komandamızla oyunlara da məhz vaxtilə “Əczaçıbaşı”nın sükanı arxasında işləmiş Motta çıxaracaq.
