22 dekabr 2010 14:03
`Fener`in sabiq baş məşqçisi Azərbaycanda çalışacaq
`İqtisadçı`nın yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, hazırda `Çellenc Kuboku`nda mübarizə aparan təmsilçimizi bundan sonra belçikalı Yan de Brandt çalışdıracaq.
Qeyd edək ki, `İqtisadçı`nın baş məşqçisi postu türkiyəli Rəşad Yazıçıoğullarının istefasından sorna boş qalmışdı. Brandtın son iş yeri isə elə qardaş ölkənin `Fenerbahçe` klubu olub.
