20 dekabr 2010 01:14
Azərbaycan klubu türkiyəli baş məşqçisiylə yollarını ayırdı
Qadın voleybol klubu `İqtisadçı`nın baş məşqçisi Rəşad Yazıçıoğulları istefaya göndərilib. Azerisport.az xəbər verir ki, buna klubun idman göstəriciləri deyil, türk mütəxəssis ilə “iqtisadçılar”ın rəhbərliyi arasındakı fikir ayrılığı səbəb olub.
Qeyd edək ki, `İqtisadçı` Azərbaycan Superliqasında liderlər sırasındadır və “Çellenc Kuboku”nda uğurla çıxış edir. Son turda komandanı “Şirvan”a qarşı oyuna da keçmiş baş məşqçinin köməkçiləri çıxarıb.
