16 dekabr 2010 18:15
Azərbaycan çempionu polşalılardan revanş alıb, zirvəyə yüksəldi (YENİLƏNİB)
Bu gün “Sərhədçi” İdman Kompleksində voleybolçu qadınlar arasında son Azərbaycan çempionu`Rabitə` qrup mərhələsinin 4-cü turu çərçivəsində Polşanın `Aluprof` klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, bir həftə öncə Deyan Brdjoviçin yetirmələri səfərdə bu rəqibinə 2:3 hesablı məğlubiyyətdən yaxa qurtara bilməmişdi. Bu günkü görüşdə revanş almaq imkanına malik təmsilçimiz qələbə qazanmaqla, həm də vahid liderliyini geri qaytara bilərdi. Gözlənildiyi kimi, voleybolçularımız bu vəzifənin öhdəsindən layiqincə gəldilər.
Çempionlar Liqası
17:00. Rabitə - Aluprof - 3:0 (25:13, 25:23, 25: 12)
E qrupundakı son vəziyyət belədir: Rabitə (Azərbaycan) – 10 (11-4), Skavolini (İtaliya) – 8 xal (10-5), Aluprof (Polşa) – 5 (8-10), Dinamo-Romprest (Rumıniya) – 1 (2-12).
