16 dekabr 2010 17:57
Azərbaycan klubları Avstriya və Serbiya təmsilçiləriylə üz-üzə
Voleybolçu qadınlar arasında təşkil olunan “Çelenc” kubokundakı təmsilçilərimiz `İqtisadçı` və `Lokomotiv`in rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan Superliqasının təmsilçiləri Serbiya və Avstriya klublarıyla qarşılaşacaq.
`İqtisadçı` 1/16 final mərhələsində Serbiyanın `Tent` komandası ilə qarşılaşacaq. Lokomotiv isə həmin mərhələdə Avstriyanın “Lins-Steq” klubu ilə münasibətlərinə aydınlıq gətirməlidir.
Qeyd edək ki, bu komandalar arasındakı görüşlər gələn il yanvarın 5-12-də keçiriləcək. Hər iki komandamız ilk oyununu səfərdə keçirəcək.
