15 dekabr 2010 01:28
İtaliya çempionu təmsilçimizi qabaqladı
Voleybolçu qadınlar arasında Çempionlar Liqasındakı təmsilçimiz `Rabitə`nin rəqibləri növbəti oyunlarını keçirib. Azerisport.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan çempionunun əsas rəqibi – İtaliyanın `Skavolini` klubu səfərdə Rumıniya təmsilçisi `Dinamo`yla qarşılaşıb və asan qələbəyə sevinib – 3:0.
Bu qələbə italyanların komandamızı qabaqlayaraq, lider olmasına imkan yaradıb. İndi `Rabitə` liderliyini geri qaytarmaq üçün Polşa `Aluprof`u üzərində qələbə qazanmalıdır.
E qrupunda komandaların hazırkı turnir vəziyyəti belədir: Skavolini - 8 xal (4), Rabitə - 7 xal (3 oyun), Aluprof - 5 xal (3), Dinamo - 1 xal (4).
