15 dekabr 2010 22:25
`Azərreyl` yunanları səfərdə də darmadağın edib, mərhələ adladı (YENİLƏNİB)
Bu gun voleybolçu qadınlar arasında təşkil olunan “Çelenc Kuboku”nda növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi `Azərreyl` turnirin ikinci mərhələsinin cavab oyunu çərçivəsində səfərdə `Markopulo` ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Yunanıstan təmsilçisi ilə ilk oyun Bakıda baş tutmuşdu və komandamız asan qələbəyə sevinmişdi – 3:0. Növbəti mərhələyə adlamaq üçün təmsilçimizə yenə qalib gəlmək lazım idi ki, voleybolçularımız bu vəzifənin öhdəsindən layiqində gəliblər. Rəqibini səfərdə də darmadağın edən təmsilçimiz adını növbəti mərhələyə yazdırıb.
Çelenc Kuboku
Markopulo – Azərreyl - 0:3 (12:25, 20:25, 15: 25)
(İlk oyun – 0:3)
