15 dekabr 2010 22:45
Bürünc mükafatçımız da rəqibini darmadağınla keçdi (YENİLƏNİB)
Bu gun voleybolçu qadınlar arasında təşkil olunan “Çelenc Kuboku”nda növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi `İqtisadçı` turnirin ikinci mərhələsinin cavab oyunu çərçivəsində səfərdə `Klagenfurt`la münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Avstriya təmsilçisi ilə ilk oyun Bakıda baş tutmuşdu və son ölkə çempionatında bürünc mükafata sahib çıxan komandamız asan qələbəyə sevinmişdi – 3:0. Növbəti mərhələyə adlamaq üçün təmsilçimizə yenə qalib gəlmək lazım idi ki, bu vəzifə lazımınca yerinə yetirilib. Səfərdə hər 3 seti xeyrinə başa vuran "iqtisadçılar" növbəti mərhələyə vəsiqə qazanıb.
Çelenc Kuboku
Klagenfurt – İqtisadçı - 0:3 (9:25, 19:25, 22:25)
(İlk oyun – 0:3)
