12 dekabr 2010 21:25
`Rabitə`nin yoxluğunda `Azərreyl` liderliyi ələ aldı (FOTOLAR)
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turu bir oyun əskik baş tutub. Çünki `Rabitə`nin Çempionlar Liqasındakı oyunlarıyla əlaqədar `Lokomotiv`lə dueli dekabrın 28-nə təxirə salınıb.
Baş tutan oyunlara gəlincə, `İqtisadçı` `Bakı` ilə dueldən qalib ayrılıb. `Azərreyl` isə `Şirvan`la qarşılaşmada qalib gəlməklə, vahid liderliyi ələ keçirib.
Voleybol
Azərbaycan Superliqası
3-cü tur
İqtisadçı – Bakı – 3:1 (25:22, 25:19, 18:25, 25:16)
Şirvan - Azərreyl – 0:3 (22:25 12:25, 16:25).
Hazırda turnir cədvəlindəki vəziyyət belədir: Azərreyl - 5 (7-3), İqtisadçı – 4 (6:1), Rabitə - 4 (6-1), Bakı – 4 (4:6), Şirvan - 4 (3-8), Lokomotiv - 2 (2-6).
