9 dekabr 2010 23:15
Rabitə Polşa çempionuyla mübarizədən məğlub ayrıldı (YENİLƏNİB)
Voleybolçu qadınlar arasında Çempionlar Liqasındakı təmsilçimiz Rabitə bu gün növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan çempionu qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə Polşanın Aluprof klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Komandamız qarşılaşmanın əsas favoriti olsa da, ilk setdən sonra meydan sahiblərinə uduzur - 21:25. İkinci setdə isə komandamız eyni hesablı qələbə qazanıb. Üçüncü setdə komandamız yenə uğursuz çıxış edib - 18:25. Dördüncü setdə komandamız nəhayət hesabı bərabərləşdirməyi bacarıb. Nəticədə hər şeyə 5-ci - həlledici setdə aydınlıq gəlməli olub. Lakin təmsilçimiz tay-brekdə yenilgidən qaça bilməyib.
Aluprof - Rabitə - 3:2 (25:21, 21:25, 25:18, 20:25, 15:13)
E qrupunda komandaların turnir cədvəli: Rabitə - 7 xal (3 oyun), Skavolini - 5 xal (3), Aluprof - 5 xal (3), Dinamo - 1 xal (3).
