9 dekabr 2010 19:09
Azərreyl yunanları darmadağınla yola saldı (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlar arasında təşkil olunan "Çelenc Kuboku"nun ikinci mərhələsi çərivəsində təmsilçimiz Azərreyl növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan klubu Sərhədçi İdman Kompleksində Yunanıstanın Markopulo komandasını qəbul edib.
18:00-da start götürən qarşılaşmada ilk set təmsilçimizin qələbəsiylə başa çatıb. Komandamız ilk seti 25:20 hesabıyla başa vurub. İkinci hissədə komandamız rəqibini daha asanıqla təslim edib - 25:11. Üçüncü setdə isə qızlarımız rəqibin işini bitiriblər - 25:14.
Xatırladaq ki, ilk dövrədə Vüqar Əliyevin yetirmələri Malta Paolo`sunu çətinlik çəkmədən keçmişdilər.
Azərreyl - Markopulo - 3:0 (25:20, 25:11, 25:14)
