9 dekabr 2010 19:12
Lokomotiv Rusiyada 5-ci setdə məğlub oldu (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlar arasında təşkil olunan "Çelenc Kuboku"nun ikinci mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu yarışdakı təmsilçimizdən biri olan Lokomotiv klubu səfərdə Rusiya Omiçka`sı ilə qarşılaşıb.
Saat 17:00-da start götürən qarşılaşmada ilk set meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Meydan sahibləri 25:22 hesabı ilə qələbə qazanııblar. İkinci setdə Aleksandr Çervyakovun yetərmələri toparlanmağı bacarıb və meydan sahibləri üzərində qələbə qazanıb - 25:20. Üçüncü setdə komandamız yenə üstün olub və artıq hesabda önə keçib. Dördüncü setdə meydan sahibləri güclü olub - 25:21. Qalib 5-ci setdə müəyyənləşib ki, bu dəfə daha güclü çıxan ruslar qələbəni bayram edib.
Qeyd edək ki, püşkə görə hər iki komanda mübarizəni ilk dövrədən deyil, digər iştirakçılardan gec - ikinci dövrədən başlayıdlar və bu, təmsilçimizin cari mövsümdəki ilk sınağıdır. Omiçka ilə cavab oyunu bir həftə sonra ölkəmizdə - Sərhədçi Olimpiya Kompleksində baş tutacaq.
Omiçka - Lokomotiv - 3:2 (25:22, 20:25, 20: 25, 25:21, 15:10)
