9 dekabr 2010 01:14
Təmsilçilərimizdən biri səfərdə, digəri evdə qələbə arzusunda
Bu gün voleybolçu qadınlar arasında təşkil olunan "Çellenc Kuboku"nun ikinci mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, təmsilçilərimizdən Lokomotiv klubu səfərdə Rusiya Omiçka`sı ilə qarşılaşacaq. Püşkə görə hər iki komanda mübarizəni ilk dövrədən deyil, digər iştirakçılardan gec - ikinci dövrədən başlayacaqlar.
Həmçinin, bu gün Sərhədçi İdman Kompleksində Azərreyl Yunanıstanın Markopulo komandasını qəbul edəcək. Xatırladaq ki, ilk dövrədə Vüqar Əliyevin yetirmələri Malta Paolo`sunu çətinlik çəkmədən keçmişdilər.
