9 dekabr 2010 01:07
İtaliya çempionu təmsilçimizin əsas izləyici oldu
Voleybolçu qadınlardan ibarət İtaliyanın Skavolini klubu Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Rumıniya Dinamosu üzərində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, görüş 3:0 hesabı ilə italiyalıların xeyrinə başa çatıb.
Xatırladaq ki, bu komandalar Azərbaycan çempionu Rabitə`nin yer aldığı E qrupunda mübarizə aparır.
E qrupunda komandaların turnir cədvəli: Rabitə - 6 xal (2 oyun), Skavolini - 5 xal (3), Aluprof - 3 xal (2), Dinamo - 1 xal (3).
