8 dekabr 2010 17:29
İqtisadçı Avstriya klubunu darmadağınla yola saldı
Qadın voleybolçulardan ibarət təmsilçimiz İqtisadçı “Çellenc Kuboku”nun ikinci mərhələsinin ilk oyununda Avstriya Klagenfurt`unu qəbul edib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” idman kompleksində keçirilən görüşdə Azərbaycan klubu inamlı - 3:0 hesablı qələbə (25:10, 25:4, 25:11) qazanıb.
İlk setdə meydan sahibləri inamlı qələbə qazanıblar - 25:10. Bu, komandalar arasında səviyyə fərqinin göstəricisi kimi nəzərə çarpır. Görünür ilk partiyadan sonra qonaqların bütün gücü tükəndi. Belə ki, ikinci partiya “iqtisadçılar”ın 25:4 hesablı qalibiyyəti ilə başa çatdı. Üçüncü set isə İqtisadçı`nın qələbəsini rəsmiləşdirdi - 25:11.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcək. Güman ki, bu görüş formal xarakter daşıyacaq.
