6 dekabr 2010 01:36
Rabitə Azərreyl`ə də qalib gəlib, vahid lider oldu (FOTOLAR)
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunu Bakı və Şirvan klubları açıq elan edib. Paytaxtın eynidalı təmsilçisi quru hesabla qələb qazanıb. Lokomotiv`lə İqtisadçı`nın duelində isə sonuncular güclü olub.
Günün əsas oyununda isə favoritlər üz-üzə gəlib. Rabitə ilə Azərreyl`in duelindən isə son çempion qalib ayrılıb.
Voleybol
Azərbaycan Superliqası
2-ci tur
Bakı – Şirvan – 3:0 (25:12, 25:22, 25:16).
İqtisadçı – Lokomotiv – 3:0 (25:23, 25:18, 25:23).
Azərreyl – Rabitə - (25:22, 19:25, 22:25, 22:25).
Hazırda turnir cədvəlindəki vəziyyət belədir: Rabitə - 4 (6-1), Azərreyl - 3 (4-3), Bakı, İqtisadçı – hərəyə 3 (3-3), Şirvan - 3 (3-5), Lokomotiv - 2 (2-6).
