4 dekabr 2010 11:48
Millimizin İtaliya ilə oyununun vaxtı müəyyənləşdi
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində B qrupunda yer alan Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri 2011-ci il sentyabrın 23-də ilk olaraq Türkiyə, ertəsi gün son dünya çempionu İtaliya, nəhayət sentyabrın 25-də isə Xorvatiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, B qrupunun oyunları İtaliyanın Monze şəhərində keçiriləcək.
23 sentyabr, 2011: Türkiyə – AZƏRBAYCAN (20:30), Xorvatiya – İtaliya (23:30)
24 sentyabr: Xorvatiya – Türkiyə (20:30), İtaliya – AZƏRBAYCAN (23:30)
25 sentyabr: AZƏRBAYCAN – Xorvatiya (20:30), İtaliya – Türkiyə (23:30)
