4 dekabr 2010 01:53
Azərbaycan millisi “ölüm qrupu”na düşdü
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində qarşılaşacaq rəqiblərini tanıyıb. Azerisport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri B qrupunda İtaliya, Türkiyə və Xorvatiya ilə qarşılaşacaqlar. Şübhəsiz, bu Avropa çempionatının ən güclü qrupudur.
Qeyd edək ki, B qrupunun oyunları gələn ilin payızında İtaliyanın Monza şəhərində keçiriləcək.
Qrupların tərkibi ilə tanış olun:
A qrupu (Belqrad, Serbiya): Serbiya, Almaniya, Ukrayna, Fransa;
B qrupu (Monza, İtaliya): İtaliya, Türkiyə, Azərbaycan, Xorvatiya;
C qrupu (Zrenyanin, Serbiya): Polşa, Rumıniya, Çexiya, İsrail;
D qrupu (Busto Arsizio, İtaliya): Rusiya, Hollandiya, İspaniya, Bolqarıstan.
