3 dekabr 2010 15:38
Azərbaycanın Avropadakı rəqibləri bu gün bilinəcək
Bu gün voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, püşkatma mərasimi İtaliyanın Montse şəhərində baş tutacaq və Bakı vaxtı ilə 21:00-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2011 çərçivəsində İtaliya, Serbiya, Hollandiya, Polşa, Almaniya, Türkiyə, Rusiya, Çexiya, Bolqarıstan, Ukrayna, İspaniya, Rumıniya, İsrail, Xorvatiya və Fransaya rəqib ola bilər. Çempionat 2011-ci ilin sentyabr ayının 22-dən oktyabr ayının 2-nə kimi davam edəcək.
