2 dekabr 2010 18:50
Rabitə İtaliya çempionu üzərində qələbə qazandı (YENİLƏNİB)
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının E qrupunda təmsilçimiz Rabitə İtaliyanın Skavolini klubu ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, italyanlar Azərbaycan çempionunun ilk yer uğrunda mübarizədə əsas rəqiblərindən hesab olunurdu. Məhz bu üzdən Sərhədçi İdman Kompleksində baş tutan görüşdə voleybolçularımız mütləq qələbə qazanmalıydı. Komandamız bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar.
Voleybol
Çempionlar Liqası
2-ci tur
17:00. RABİTƏ – SKAVOLİNİ - 3:1 (25:19, 25:23, 23:25, 25:21)
Qrupdakı son durum: Rabitə - 5 (2 oyuna), Aluprof - 3 xal (2), Skavolini - 3 (2), Dinamo - 1 (2).
