8 noyabr 2010 00:03
Azerreyl liderliyini qoruya bildi
Bu gün İdman Sarayında qadınlar arasında mövsüm öncəsi turnirin son turu keçirildi. Azerisport.az xəbər verir ki, meydançaya ilk çıxan "Uraloçka" və "Galatasaray" oldu. Görüş 3:1 hesabı ilə rusiyalı voleybolçuların xeyirinə bitdi.
Günün ikinci görüşündə "Lokomotiv" "Zareçye-Odinsovo" komandasına məğlub oldu 0:3.
Turun son görüşündə "Azerreyl" "Rabitə" ilə görüşdü. Oyun 0:3 hesabı ilə "rabitəçilərin" xeyirinə bitsədə, nəticədə "Azerreyl" birinci pilləni qoruyub saxlaya bildi.
Turnir cədvəli:1. Azerreyl – 9 xal (12-4), 2. Rabitə – 9 (14-6), 3. Uraloçka - 9 (13-7), 4. Zareçye-Odinsovo - 7 (7-10), 5. Lokomotiv - 6 (5-12), 6. Galatasaray - 5 (3-15).
