4 noyabr 2010 00:00
Azerreyl`dən rusiyalılara voleybol dərsi
Bu gün İdman Sarayında qadın voleybolu üzrə keçirilən mövsüm öncəsi turnirin ikinci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, ilk öncə meydançaya Azərbaycanın "Azerreyl" və Rusiyanın "Zareçye-Odinsovo" komandaları çıxdı. Komandanımız hər üç setdə qələbə qazanaraq ikinci qalibiyyətini bayram etdi.
Bundan sonra "Rabitə" və "Uraloçka" klubları görüşdülər. Gərgin mübarizə şəraitində keçən oyun nəticədə Rusiya təmislçisinin xeyirinə bitdi – 2:3. Turun son qarşılaşmasında isə "Lokomotiv" Türkiyənin "Galatasaray" klubu ilə görüşdü. Təmsilçimiz rəqibini bütün setlərdə məğlub edərək, 3:0 hesablı qələbə qazandı.
Turnir Cədvəli: 1. Azerreyl – 4 xal (6-0), 2. Uraloçka - 4 xal (6-3). 3. Rabitə, – 3 xal (5-4), 4. Lokomotiv - 3 xal (4-3), 5. Zareçye-Odinsovo - 2 xal (1-6), 6. Galatasaray – 2 xal (0-6).
