Azerreyl liderliyini qoruyub saxlıya bildi (YENİLƏNDİ)
Bu gün İdman Sarayında qadın voleybolu üzrə keçirilən mövsüm öncəsi turnirin üçüncü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərkeşləri yarışda ilk Azərbaycan derbisi keçirilir – "Lokomotiv" "Azerreyl"-lə qarşılaşır.
İlk set "Azerreyl"-in xeyirinə bitdi – 25:21. İkinci setdə də "Azerreyl" qələbə qazana bildi - 25:15. Üçüncü setdə "Lokomotiv" görüşdə dönüş yaratmaq istədi: oyun tay-brekə keçdi. Lakin nəticədə "Azerreyl" 27:25 hesabı ilə rəqibi məğlub edərək, qarşılaşmanı 3:0 hesabı ilə öz xeyirinə bitirdi.
"Galatasaray" isə "Rabitə" ilk setdə tay-breykdə 28:26 məğlub etdi. İkinci setdə isə "Rabitə" inamlı qələbə qazana bildi - 25:17. Üçüncü setdə də "Rabitə" 25:22 hesabı ilə başa çatdı. Dördüncü set də təmsilçimizin xeyirinə 25:19 hesabı ilə başa çatdı. Yekun nəticədə "Rabitə" 3:1 hesablı qələbə qazandı.
