17 oktyabr 2010 22:18
Volleybolçuramız uğurlu nəticə qazandı
Bu gün Azərbaycanın voleybol üzrə üç klubu "Challenge Cup" turnirində görüşlərini keçirdi. Azerisport.az xəbər verir ki, qadın voleybolçuların çıxış etdiyi "Azərreyl" və "İqtisadçı" klubları qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə etdilər.
Cavab görüşlərində "Azərreyl" Maltanın "Paola", "İqtisadçı" Bosniyanın "Kulu" komandalarını eyni hesabla məğlub edərək (3:0) növbəti mərhələyə keçdilər.
Kişi voleybolçuların çıxış etdiyi "Azərneft" komandası isə Serbiyanın "Partizan" klubuna qalib gələ bilmədi. Gərgin mübarizə şəraitində keçən oyunda voleybolçularımız rəqibə tam gətirmədi və mübarizəni elə ilk mərhələdə dəyandırmalı oldu.
