25 iyun 2010 13:40
Çempionlar Liqasının püşkatma mərasimi bü gün canlı yayımlanacaq
Bu gün Bakı vaxtı ilə saat 23:00-da voleybol üzrə Avropa Çempionlar Liqasının 2010/2011-ci illər mövsümünün qrup turnirinin püşkatma mərasimi keçiriləcək.
azerisport.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək mərasimdə Azərbaycanın qadınlardan ibarət «Rabitə» voleybol klubunun qrup üzrə rəqibləri müəyyənləşəcək.
Bu il Çempionlar Liqasında aşağıda adları çəkilən komandalar yarışacaq:
«Rabitə» (Azərbaycan)
«Muşinyanka» (Polşa)
«Aluprof» (Polşa)
«Split» (Xorvatiya)
«Modranska» (Çexiya)
«Laquna» (İspaniya)
«Kann» (Fransa)
«Milyuza» (Fransa)
«Skavolini» (İtaliya)
«Villa Korteze» (İtaliya)
«Foppapedretti» (İtaliya)
«Dinamo» (Rumıniya)
«Zareçye-Odintsovo» (Rusiya)
«Dinamo» (Moskva, Rusiya)
«Srvena Zvezda» (Serbiya)
«Volero» (İsveçrə)
«Fenerbahçe» (Türkiyə)
«Türk Telekom» (Türkiyə)
«Eczaçıbaşı» (Türkiyə)
Püşkatma mərasiminə canlı olaraq baxmaq arzusunda olanların nəzərinə çatdırırıq ki, KATV1 kabel televiziyasının abunəçiləri saat 23:00-dan etibarən «NTV+ Sport» telekanalını, peyk vasitəsilə türk kanallarına tamaşa edənlər isə saat 23:15-dən «FB TV»ni («Fenerbahçe TV») izləyə bilərlər.
