22 iyun 2010 17:16
Natalya Hanikoğlu Azərbaycan klubuna keçir?
Azərbaycanın qadınlardan ibarət «Azərreyl» voleybol komandası Türkiyə yığmasının üzvü Natalya Hanikoğlunu sıralarına qatmaq niyyətindədir.
azerisport.az xəbər verir ki, voleybolçuya 1 illik müqavilə təklif olunacaq.
Xatırladaq ki, «Azərreyl»in baş məşqçisi Adnan Kıstakdır və bu mütəxəssisin rəhbərliyi altında Natalya Türkiyə çempionatında çıxış edib.
