7 iyun 2010 16:21
Rusiya çempionu Paula Pekueno Braziliyaya qayıtdı (FOTO)
2009/2010-cu illər mövsümündə qadınlardan ibarət «Zareçye-Odintsovo» voleybol komandasının tərkibində Rusiya çempionu adını qazanmış Paula Pekueno Braziliyanın «Voley Futuro» komandası ilə müqavilə imzalayıb.
28 yaşlı voleybolçunun boyu 185 sm, çəkisi isə 75 kq-dır. Blok hündürlüyü 285 sm-ə, smaç hündürlüyü isə 302 sm-ə bərabərdir. 2008-ci ilin Olimpiya Oyunlarında qadın voleybol turnirində «ən dəyərli oyunçu» seçilmişdir.
