22 may 2010 22:41
Azərbaycan və Belarus hər şeyi öz aralarında həll edəcəklər
Belarusun Mogilyov şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrup yarışları davam edir.
azerisport.az xəbər verir ki, bu gün Azərbaycan millisi Gürcüstan yığmasına 3:0 (25:9, 25:12, 25:8) hesabı ilə qalib gəlib.
Meydança sahibləri isə Bosniya və Herseqovina komandasına şans verməyiblər - 3:0.
Beləliklə qrupun qalibi Belarus - Azərbaycan matçında bəlli olacaq.
