21 may 2010 23:33
Azərbaycan və Belarus seçmə yarışlara qələbə ilə başladılar
azerisport.az xəbər verir ki, Azərbaycanın qadinlardan ibarət milli voleybol komandası 2011-ci ilin Avropa çempionatının seçmə mərhələsindəki çıxışını Bosniya və Herseqovina komandası üzərində inamlı qələbə ilə başlayıb.
Faiq Qarayevin yetirmələri bosniyalı qızları 3 setdə 25:16, 25:14 və 25:1 hesabları ilə məğlub ediblər.
İlk oyun gününün digər matçında Belarus eyni hesabla (3:0) Gürcüstana qalib gəlib.
