21 aprel 2010 14:05
Bakı komandaları medalçıları Qubada müəyyənləşdirəcək
Qadınlar arasında voleybol üzrə Azərbaycan Superliqasının finalı matçlarının keçirilmə yeri və vaxtı məlum olub. Azerisport.az-a voleybol federasiyasında məlumat verdilər ki, Rabitə və Lokomotiv arasında final, Azərreyl və İqtisadçı arasında 3-cü yer uğrunda görüşlər Quba Olimpiya Kompleksinin zalında keçiriləcək. Oyunlar aprelin 25, 27 və 29-da baş tutacaq.
Final seriyaları 3 qələbəyə qədər oynanılacaq.
